AZ

Amerikanın öz əsgərlərini Suriyadan geri çağıracağı iddia edilib

 

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Suriyadakı amerikalı əsgərləri geri çəkmək niyyətində olduğu iddia edilib. 

İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, Ağ Evdən adı açıqlanmayan rəsmilər Suriyadakı ABŞ əsgərlərinin vəziyyəti ilə bağlı Təl-Əvivə mesaj göndərib. Xəbərdə Trampın Suriyadakı əsgərləri geri çağırmaq niyyətində olduğu mesajının İsrail hakimiyyətinə çatdırıldığı irəli sürülüb. 

ABŞ prezidentinin Suriyadakı əsgərləri çağırmaq ehtimalının İsraildə narahatlıq yaratdığı bildirilib. Həmçinin onların geri çəkilməsinin Suriyadakı bölücü terror təşkilatı PKK/YPG-yə də təsir edəcəyi qeyd edilib. 

KAN-ın xəbəri ilə bağlı İsrail hökuməti hələlik heç bir açıqlama verməyib.



Seçilən
7
17
trt.net.tr

10Mənbələr