Bakı. Trend:
Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdənbiridir. Ölkəmizin nəqliyyat imkanları beynəlxalq maliyyəqurumlarının hesabatlarında da liderliyini qorumasını şərtləndirir.Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobilyollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmiryollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatınınsəmərəliliyinə görə isə 12-ci yerdə qərarlaşır. Bu sahəyə qoyulmuşvəsait ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorununinkişafına da müsbət təsir göstərir. Prezident İlham ƏliyevinSərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən keçənbeynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialınınartırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cıillər üçün Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Proqramında bumühüm məqam öz əksini tapır ki, son dövrlər regionda baş verəngeosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvimarşrutlarda yaranmış problemlər Azərbaycan ərazisindən keçəndəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artıma səbəbolmuşdur. Artan tələbatın qarşılanması, Azərbaycanın tranzitpotensialının daha da gücləndirilməsi, eləcə də ölkə ərazisindənkeçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyininyüksəldilməsi üçün qısa və orta müddətli perspektivdə həyatakeçiriləcək tədbirləri özündə ehtiva edən sənədin hazırlanmasınaehtiyac yaranmışdı. Bununla əlaqədar hazırlanmış “AzərbaycanRespublikasının ərazisindən keçən beynəlxalq nəqliyyatdəhlizlərinin tranzit potensialının artırılmasına və tranzityükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün FəaliyyətPlanı” nəqliyyat sahəsində, xüsusilə tranzit yükdaşımalarındaqlobal trendləri nəzərə almaqla mövcud vəziyyətin təhlilini vəölkəmizin tranzit potensialının daha da artırılması üçün hədəfgöstəriciləri, məqsədləri, prioritet istiqamətləri və tədbirlərplanını özündə ehtiva edir.
Ölkəmizin, o cümlədən regionların və paytaxt Bakının inkişafı,artan əhali sayı nəqliyyat infrastrukturunun yenilənməsini,imkanların artırırlmasını tələb edir. Prezident İlham Əliyevyanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuşmüşavirədə Azərbaycanın nəqliyyat imkanlarından, nəqliyyatinfrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətindəatılan addımlardan, eyni zamanda, hazırkı dövrün əsasçağırışlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılanbərpa-quruculuq işləri fonunda həyata keçirilən mühüm nəqliyyatlayihələrindən geniş bəhs etdi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar RəhimzadəKİV-ə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, müşavirədə Bakı şəhərinin və onunətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafıməsələləri müzakirə edilib. Dövlət başçısının vurğuladığı kimi, sonillər ərzində bu istiqamətdə bir çox işlərin görülməsinə, böyükinfrastruktur layihələrinin icra edilməsinə baxmayaraq, yenə dəBakı şəhərində tıxac müşahidə olunur. Tıxacların sayı ildən-iləartır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakışəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycanəhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb.Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədənmetro imkanları bu artımı həzm edə bilmir. Son 20 il ərzindəölkəmizdə yol-nəqliyyat infrastrukturu sahəsində nəhəng işlərhəyata keçirilib. Bu müddətdə Azərbaycanda 21 min kilometravtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü,45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdənçox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlarvə vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xəttiistifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu, səkkiz beynəlxalqhava limanı inşa edilib. Bu reallıq diqqətə çatdırıldı ki, əgər buişləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansıvəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil.
Vüqar Rəhimzadə qeyd edib ki, son 20 ildə reallığa çevrilənnəqliyyat layihələri sırasında Bakı-Tbilisi-Qars xüsusi yer tutur.Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən,Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən və qitələri birləşdirənönəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edənBakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimimövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgədövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyətdaşıyan, Çindən başlayaraq Londona qədər uzanan Bakı-Tbilisi-Qarsdəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyatdəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır.Prezident İlham Əliyev müşavirədə onu da bildirdi ki,Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan dövlətinintəşəbbüsü ilə icra edildi. Ölkəmiz bu layihəni icra etmək istəyəndəböyük müqavimətlə üzləşdi. Xüsusilə, Amerika Birləşmiş Ştatlarıbuna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərindəidi. Hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Bunagörə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çoxciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Birneçə il Gürcüstan tərəfi ilə danışıqlar aparıldı və nəhayət razılıqəldə edildi.
Milli Məclisin deputatı bildirib ki, Asiya və Avropanıbirləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasındaAzərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dövlətbaşçısının qeyd etdiyi kimi bu gün Avrasiyanın nəqliyyat xəritəsiniAzərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etməkmümkün deyil. Ölkəmiz Avrasiyanın əvəzolunmaz nəqliyyatmərkəzlərindən biridir. Dünyanın ən böyük iqtisadiyyatına malikölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinqcədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qaradəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyatxətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib roloynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malikolduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin«Bir kəmər, bir yol» təşəbbüsünün vacib hissəsidir. Hadisələrininkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığınıgöstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanlarıyaradacaq, Dövlətimizin başçısı İlham Əliyev müşavirədə “Zəngəzurdəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinciQarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalqgündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhliziartıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir.Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq.Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlıqeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabrkapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinəyetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsashissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasıarasında nəqliyyat bağlantısı olmalıdır” söyləyərək onu da əlavəetdi ki, Ermənistan buna əməl etmir, müxtəlif bəhanələr gətirərək,müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcəolaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir,manipulyasiyalarla məşğuldur. Ermənistan bundan sonra da dalan ölkəkimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları eləonların gözlərində qalacaq.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, ölkəmizinbütün ərazilərində, o cümlədən azad edilmiş ərazilərdə nəqliyyatlayihələrinin icrası sürətlə davam etdiriləcək. Azərbaycan hər birhədəfə zamanında və yüksək səviyyədə nail olur. Buna əsas verəntəbii ki, düşünülmüş siyasətdir.