AZ

AZAL nə üçün ziyanla işləyir?  –Auditor Hesabatı açıqlandı: Rəqəmlər nə göstərir?

AZAL 2023-cü il üzrə Müstəqil Auditor Hesabatını açıqlayıb.

AzPost bildirir ki, Şirkətin 31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının buraxılması Müşahidə Şurası və Qrupun rəhbərliyi tərəfindən 12 dekabr 2024-cü il tarixində təsdiqlənib.

7 yanvar 2025-ci il tarixində AZAL prezidenti Samir Rzayev tərəfindən imzalanıb.

2023-cü il üzrə mənfəət və zərər barədə hesabatda qeyd olunur ki, AZAL daşımalardan 1 milyard 473 milyon 161 min manat gəlir əldə edib.

Dövlətdən alınmış subsidiyaların məbləği 21 milyon 240 min manat olub.

2023-cü il üzrə mənfəət 117 milyon 683 min manat olub.

AZAL-ın 2023-cü il üçün olan zərəri 1 milyard 579 milyon 815 min manat olub.

Bu zərər 31 dekabr 2022-ci il üçün 1 milyard 767 miyon 498 min manat,  1 yanvar 2022-ci il üçünsə 1 milyard 882 miyon 634 min manat olub.

Bir sıra nağdsız əməliyyatlar bu hesabata daxil edilməyib.

Bura Maliyyə Nazirliyi tərəfindən verilmiş 1 milyon 472 min manat və 16 milyon 931 min manat məbləğində dövlət zəmanəti ilə verilmiş kredit və icarə öhdəliklərinin ödənişi daxildir.

31 dekabr 2023-cü il tarixinə Şirkətin qısamüddətli öhdəlikləri belə olub: 1 milyard 415 milyon 797 min manat qısamüddətli aktivlər və 529 milyon 107 min manat mənfi kapital.

Bu nəticələr əvvəlki dövrlərdə (2021-ci ilədək) təkrarlanan zərərlərdən, eləcə də 2015 və 2016-cı illərdə baş vermiş manatın devalvasiyasının mənfi təsirlərindən yaranıb. Manatın devalvasiyası Qrupun maliyyə institutlarına olan xarici valyuta ilə olan izarə üzrə öhdəliklərinin, həmçinin kreditlərinin və borclarının manat qarşılığını mühüm həcmdə artırıb. Belə kreditlərin əsas hissəsi beynəlxalq banklardan alınmış dövlət zəmanətli kreditlər, yerli banklardan və dövlətdən alınmış kreditlərdir.

2023 və 2022-ci illərdə Şirkət COVİD-dən əvvəlki gəlirlərinin təxminən 146 fazini və 114 faizini əldə edib. Müvafiq olaraq 117 milyon 683 min, 110 milyon 620 min manat məbləğində xalis mənfəəti olub.

2017-ci ildə daha öncədən Maliyyə Nazirliyinə köçürülmüş 273 milyon 226 min manat kredit dövlətin qərarına əsasən Qrupun öhdəliyi olaraq bərpa edilib. Bu da öhdəliklərin artması və kapitalın azalması ilə nəticələnib.

Bundan əlavə 31 dekabr 2023-cü il tarixinə Qrupun Maliyyə Nazirliyindən alınmış 1, 790,935 AZN məbləğində borcu, eləcə də 552,574 AZN hesablanmış faizləri var. (cəmi təsir: 2,343,509 AZN)

Nazirlər Kabinetinin 4 fevral 2024-cü il tarixili qərarı ilə Maliyyə Nazirliyinə ödənilməli olan bütün vəsaitlərin Şirkətin nizamnamə kapitalına köçürülməsi tələb edilir.

Rəhbərlik ehtimal edir ki, öhdəliklərdən azad olma və nizamnamə kapitalının artırılması rəsmi olaraq 2025-ci ilin birinci rübünün sonuna tamamlanacaq. Bu da mövcud mənfi kapital mövqeyini və dövriyyə kapitalında kəsiri aradan qaldıracaq.

2023-ü il ərzində Qrup fəaliyyətini davam etdirmək, əmək haqlarını ödəmək və gələcəkdə təqdim olunacaq hava gəmilərinin alışı üçün ödənişləri həyata keçirmək məqsədi ilə dövlətdən dəstək kimi 146 milyon 715 min manat vəsait alınıb.

31 dekabr 2023-cü il tarixində AZALın hava donanması 6 – sı icarədə, 23 mülkiyyətində olmaqla 29 hava gəmisindən ibarət olub. Bura icarədə olan və 2022-ci ilin dekabrında gətirilmiş 2 Airbus Model A320-271N modeli, habelə 2023-cü ilin birinci rübündə eyni müqavilə ilə əlavə Airbus Model320-271N modeli daxil edilib.

29 hava gəmisinə əlavə olaraq 31 dekabr 2021-ci ildə AZALın balansına istifadəyə yararsız 4 hava gəmisi olub. 2022-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin razılığından sonra balansdan silinib.

2023-cü il ərzində şirkət gələcəkdə təqdim ediləcək təyyarələrin alınması üçün ödənişlər etmək məqsdi ilə hökümətdən 125 miyon 475 min vəsait alıb.

Maliyyə hesabatı 12 dekabr 2024-cü ildə təsdqilənib.

“Azərbaycan Hava Yolları” QSC dövlət konserni kimi 17 avqust 1992-ci ildə təsis edilib. 2008-ci ildə prezidentin sərəncamı ilə Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. 2021-ci ilin fevralından Şirkətin idarəetməsi Azərbaycan İnvestisiya Holdininqin idarəetməsinə verilib.

AzPost

 

Seçilən
2
50
azpost.info

10Mənbələr