Körpə üçün qan lazımdır... Hamilə qadın üçün qan donoruna ehtiyac var... Hər ay talasemiyya xəstəsinə qan verən şəxsə 100 manat pul veriləcək...
Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə bu tip elanlar son zamanlar artıb.
İnsanlar iddia edir ki, qan bankından qan götürmək üçün donor tapılmalıdır. Elə paytaxt sakinləri də deyirlər ki, hər hansısa xəstə üçün ehtiyac olduqda qarşılığında onlardan qan vermələri tələb olunur.
Məsələ ilə bağlı, Respublika Qan Bankının icraçı drektoru Elxan Nağıyev bildirir ki, ölkəmizdə donorluq qanunvericiliyin tələblərinə uyğun şəkildə könüllülük prinsipi ilə həyata keçirilir. Məcburi qan tələbi yoxdur.
Elxan Nağıyev bildirir ki, ehtiyacı olan istənilən şəxs xəstəxana göndərişi ilə Respublika Qan Bankına müraciət edə və qan əldə edə bilərlər. Lakin yenə də, hər bir sağlamlığı yol verən insan qan donoru olaraq yüzlərlə xəstənin yaşamasına dəstək ola bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.