Futbol üzrə UEFA Çempionlar Liqasının 8-ci turunun “Ştutqart” – PSJ oyunu ərəfəsində klubların azarkeşləri arasında gərginlik yaşanıb.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Gərginliyin böyük münaqişəyə çevrilməsini önləmək üçün yerli polis 59 azarkeşi həbs edib. Həbsə alınmış bütün azarkeşlərin Fransa nəgənginin tərəfdarları olduğu vurğulanır. Hadisənin digər təffərüatı açıqlanmır.
“Ştutqart” – PSJ oyunu bu gün, yanvarın 29-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (30 yanvar) başladacaq.
7 turdan sonra “Ştutqart” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 10 xalla 24-cü, Paris təmsilçisi isə 10 xalla 22-ci pillədə qərarlaşıb.