“Karvan” daha bir futbolçunun keçidini həll edib. Yevlax təmsilçisi “Qarabağ”ın əvəzedici heyətində yer alan İlham Hüseynovu transfer edib.
Sportinfo.az xəbər verir ki, I Liqa klubu 20 yaşlı futbolçu ilə 2026-cı ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.
İlham “Karvan”ın qış transfer pəncərəsində heyətinə qatdığı ikinci futbolçudur.
Daha öncə gürcü əsilli azərbaycanlı Nika Çaçaşvili ilə mövsümün sonunadək müqavilə imzalanıb.