AZ

Ceyhun Bayramov: Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün konstruktiv səylərini davam etdirəcək

Nazir həmçinin, Ermənistanla sülh sazişinin tamamlanmasının önəmini vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi daha geniş coğrafiyada iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən II üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında çbildirib.

O qeyd edib ki, məhz bu bölgə vasitəsilə Şərq-Qərb Orta Dəhlizinin yeni arteriyasının salınması həyata keçirilir və bunun böyük perspektivi görünür.

Nazir həmçinin, Ermənistanla sülh sazişinin tamamlanmasının önəmini vurğulayıb. O əlavə edib ki, Ermənistan Konstitusiyası və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı qalan ərazi iddiaları və revanşizm meyilləri narahatlıq doğurur: “Bu istiqamətdə Azərbaycan Respublikası öz konstruktiv səylərini davam etdirəcək”.

Ceyhun Bayramov üç ölkə arasında nəqliyyat sahəsində qəbul edilən Yol Xəritəsi əsasında bir sıra layihələrin həyata keçiriləcəyini də qeyd edib.

Seçilən
23
7
operativmedia.az

10Mənbələr