AZ

Ceyhun Bayramov: Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün səylərini davam etdirəcək

Azərbaycan ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, ərazilərinin işğaldan azad edilməsi daha geniş coğrafiyada iktisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmin ikinci görüşünün nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, məhz bu bölgə vasitəsilə Şərq-Qərb Orta Dəhlizinin yeni arteriyasının salınması həyata keçirilir və bunun böyük perspektivi görünür.

Nazir, həmçinin, Ermənistanla sülh sazişinin tamamlanmasının önəmini vurğulayaraq, Ermənistan Konstitusiyası və digər normativ hüquq aktlarında Azərbaycana qarşı qalan ərazi iddiaları və revanşizm meyilləri narahatlıq doğurur: “Bu istiqamətdə Azərbaycan Respublikası öz konstruktiv səylərini davam etdirəcək”.

C. Bayramov üç ölkə arasında nəqliyyat sahəsində qəbul edilən yol xəritəsi əsasında bir sıra layihələrin həyata keçiriləcəyini də əlavə edib.//APA

Seçilən
4
7
ictimairey.az

10Mənbələr