Ermənistanın baş naziri Nikol Paşinyanın "Vətəndaş Sazişi" partiyasının nüfuzu 11,3%-ə düşüb. Bu son yeddi ilin ən aşağı göstəricisidir.
Day.Az xəbər verir ki, bu barədə "Gallup International Association" təşkilatının apardığı araşdırmanın nəticələrində qeyd edilib.
"Respondentlərin yalnız 11,3 faizi "Yaxın günlərdə parlament seçkiləri keçirilsə hansı partiyaya səs verərsiz?" sualına "Vətəndaş Sazişi" cavabı verib ki, bu da 2018-ci ildən bəri ən aşağı göstəricidir",- məlumatda vurğulanıb.
Bir çox başqa partiyalarda da vəziyyət heç də yaxşı olmayıb. "DOK partiyasına respondentlərin 6,8%-i, keçmiş prezident Robert Köçəryana bağlı olan "Ermənistan" blokuna isə 6,5%-i dəstək göstərib.
Sorğu iştirakçılarının az qala üçdə bir hissəsi seçkilərə getmək niyyətində olmadıqlarını bildiriblər.