Əgər yaxın bir həftədə Ermənistanda seçkilər keçirilərsə, hakim Mülki Müqavilə Partiyası yalnız 11,3% səs alardı.
Axar.az xəbər verir ki, bu barədə “Qallap Beynəlxalq Assosiasiyasının (Gallup International Association) 20-22 yanvarda keçirdiyi və bu gün elan etdiyi sorğunun nəticələrində bildirilir.
Bu, Paşinyanın partiyasının 2018-ci ildən bəri ən aşağı göstəricisidir.
Buna baxmayaraq, Paşinyanın rəqiblərinin də reytinqi olduqca aşağıdır. Belə ki, sorğunun nəticələrinə görə, Robert Köçəryanın “Ermənistan” alyansı 6,5%, Serj Sərkisyanın “Şərəfim var” alyansı 2,3%, Keşiş Baqratın “Müqəddəs Mübarizə”si isə 0,5% səs alıb.