AZ

Gallup Ermənistanda Paşinyanın partiyasının reytinqinin 11,3%-ə düşdüyünü bildirib

Ermənistanda Nikol Paşinyanın Mülki Müqaviləsi partiyasının reytinqi düşərək 2018-ci ildən bəri ən aşağı səviyyəyə çatıb və MPG (Gallup Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyi) tərəfindən aparılan sorğunun nəticələrinə görə 11,3% təşkil edib.

Şirkətin rəhbəri Aram Navasardyan məlumatı jurnalistlərə təqdim edib.

“Növbəti bazar günü parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verəcəksiniz?” sualına cavab verənlər cəmi 11,3% “Mülki müqavilə” adlandırıblar. Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir”.

Keçən ilin noyabrında Nikol Paşinyan erməni cəmiyyətinin kollektiv sosial təfəkkürünün “dövlət əleyhinə” olduğu fikrini bildirmişdi.

DOĞRU.AZ

Seçilən
14
32
dogru.az

10Mənbələr