“Fənərbağça klubu “Srvena Zvezda”da çıxış edən Oqnem Mimoviçi heyətinə qatmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında razılıq əldə olunub. 20 yaşlı futbolçunun yaxın günlərdə Super Liqa təmsilçisi ilə müqavilə imzalayacağl gözlənilir.
Serbiya U-21 millisinin üzvü bu mövsüm Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.