AZ

Çempionlar Liqasında növbəti püşk nə vaxt atılacaq?

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü yanvarın 31-də atılacaq.

Teleqraf.com xəbər verir ki, püşkatma Liqa mərhələsini 9 - 24-cü pillələrdə başa vurmuş 16 komanda arasında gerçəkləşəcək. Nəticədə 8 cüt formalaşacaq. 9 - 16-cı yerləri tutanlar səpələnmişlər, 17 - 24-cü yerlərin sahibləri isə səpələnməmişlər sırasında yer alacaqlar.

Cütlərin qalibləri 1/8 finalda ilk 8 yeri tutanlara rəqib olacaqlar. "8-lik" komandaları səpələnmişlər sırasında olacaq. Bu mərhələnin püşkü isə fevralın 21-də atılacaq.

Həmin gün 1/4 final və yarımfinal mərhələlərinin də püşkü atılacaq.

Final matçı mayın 31-də olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İspaniya "Real Madrid"idir.


Müəllif: Teleqraf.com
Seçilən
9
50
teleqraf.com

10Mənbələr