İspaniyanın “Real” klubunun baş məqşçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının yeni formatını tənqid edib.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə Fransada “Brest”ə üç cavabsız qolla qalib gəldikləri Liqa mərhələsinin VIII turunun oyunundan sonra açıqlama verib.
“Yeni format? Həddindən artıq çox oyun var. Biz oyunları ləğv etməliyik. Bu formatı bəyənib-bəyənməməyimin əhəmiyyəti yoxdur. Mövcud durumla barışmalı və irəli baxmalıyıq”.
Qeyd edək ki, Madrid təmsilçisi Liqa mərhələsini 11-ci pillədə başa vurub və birbaşa 1/8 finala yüksələ bilməyib. “Kral klubu” pley-off “Seltik” və ya “Mançester Siti” ilə üz-üzə gələcək. Püşk yanvarın 31-də atılacaq.