AZ

Bu tərəvəzin 92 faizi sudan ibarətdir: Hər gün yemək üçün 5 əla səbəb

Bu tərəvəzin 92 faizi sudan ibarətdir:

Kabak çoxlu sağlamlıq faydaları təqdim edən yüksək qidalı bir tərəvəzdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kabak, iltihabla mübarizə aparmağa kömək edir, bədəndə su saxlayır, həzmə kömək edir, dərini və saçları gözəlləşdirir, arıqlamağa dəstək olur. Kabakın istehlakı ümumi sağlamlığı qorumaq üçün vacibdir. Bəs kabakı istehlak etməyin əsas faydaları nələrdir?

1. İltihabla mübarizə aparır

2023-cü ildə aparılan araşdırmalara görə, kabak C vitamini və digər vacib amin turşularının əla mənbəyidir. Tərkibində bədəndə iltihabı azaldan çoxlu tiamin də var. Kabak mədə iltihabı kimi narahatlıqların qarşısını almaq üçün əla təbii vasitədir.

2. Bədəni nəmləndirir

Kabak nəmləndirici tərəvəzlərdən biridir, çünki tərkibində təxminən 92% su var. Xüsusilə yay aylarında bədənin su balansını qoruyaraq susuzluğun qarşısını almağa kömək edir. Soyutma xüsusiyyətinə görə isti havalarda ideal seçimdir.

3. Həzm sistemini dəstəkləyir

Kabak bağırsaq sağlamlığı üçün çox faydalıdır, çünki liflə zəngindir və həzmi asanlaşdırır. Düzənsiz bağırsaq hərəkətləri yaşayan insanlar kabak istehlak edərək bu problemlərin qarşısını ala bilərlər. Eyni zamanda bədəndən toksinləri atmağa kömək edir və həzm sistemini tənzimləyir.

4. Dəri və saçları gözəlləşdirir

Kabakın tərkibində yüksək miqdarda su, fenolik birləşmələr, vitaminlər və antioksidantlar var. Bu səbəbdən dəri və saç sağlamlığı üçün çox faydalıdır. Orqanizmi təmizləyərək dərini daha sağlam və parlaq göstərir. Həmçinin saçların keyfiyyətini artıraraq tökülməsinin qarşısını alır.

5. Arıqlamağa kömək edir

Kabak arıqlamağa çalışanlar üçün əla seçimdir. Aşağı kalorili və lifli olduğu üçün toxluq hissini uzun müddət saxlayır və artıq yeməyin qarşısını alır. Pəhrizə kabak əlavə edərək aclıq hissini azalda və daha sağlam çəki idarə edə bilərsiniz.

Kabak müxtəlif yeməklərdə, şorbalarda, salatlarda və buxarda bişmiş formada rahatlıqla istifadə edilə bilər. Sağlam və balanslı qidalanma üçün bu tərəvəzi gündəlik rasionunuza əlavə etməyə dəyər!

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
2
21
e-saglam.az

10Mənbələr