AZ

Asanlıqla xəstələnməyəcəksiniz! Bu 3 şeyi mütləq edin

Asanlıqla xəstələnməyəcəksiniz!

Bədəniniz daim həyəcan təbili çalır? İmmunitet sisteminiz həyəcan siqnalları göndərə bilər. Tez-tez xəstə olmaq həyat keyfiyyətinizi azaldır? Əslində, həlli düşündüyünüzdən daha sadədir. Yuxu rejimləri, yemək vərdişləri və stresin idarə olunmasındakı səhvləriniz immunitet sisteminizi zəiflədə bilər.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki,  bu üç əsas sahəyə diqqət yetirərək, xəstəliklərə qarşı qalxanınızı gücləndirə və daha sağlam həyata salam deyə bilərsiniz. Yaxşı, bu dəyişiklik üçün nə etmək lazımdır?

1. Yuxu: İmmunitet sisteminin təməl daşı

Yuxu bədənin özünü bərpa etdiyi, istirahət etdiyi və immunitet sisteminin ən səmərəli işlədiyi dövrdür. Qeyri-kafi yuxu immunitet hüceyrələrinin effektivliyini azaldır və sizi xəstəliklərə qarşı həssas edir. Buna görə də, hər gecə nizamlı və kifayət qədər yuxu almaq immunitet sisteminizi qorumaq və gücləndirmək üçün ən vacib addımlardan biridir.

Yuxu vaxtınızı təyin edin: Hər gün eyni saatda yatmağa və oyanmağa əmin olaraq bədəninizin bioloji saatını nizamlayın.
Yuxu mühitinizi optimallaşdırın: Yataq otağınızı sakit, qaranlıq və sərin saxlamaqla daha rahat və keyfiyyətli yuxu yaşayın.
Nahardan sonra texnologiyadan qaçın: Televiziya, kompüter və telefon kimi cihazları yatmazdan ən az 2 saat əvvəl kənara qoyun.

2. Qidalanma: Sağlamlığın təbabəti

Qidalanma immunitet sisteminin yanacağıdır. Qeyri-sağlam və balanssız qidalanma immunitet sistemini zəiflədir və xəstəliklərə qarşı müqavimətinizi azaldır. İmmunitet sistemini dəstəkləyən vitamin, mineral və antioksidantlarla zəngin təbii və işlənməmiş qidaları seçərək sağlamlığınızı qoruya bilərsiniz.

Təbii qidalardan istifadə edin: Pəhrizinizə tərəvəz, meyvə, qoz-fındıq, tam taxıl və sağlam yağlar daxil edin.
Vitamin və mineral əlavələri qəbul edin: Xüsusilə qış aylarında həkiminizlə məsləhətləşdikdən sonra D vitamini və sink kimi əlavələrdən istifadə edin.
Su istehlakına diqqət yetirin: Bədəninizin su balansını qorumaq immunitet sisteminin düzgün işləməsi üçün vacibdir. Gündə ən az 2-2,5 litr su içdiyinizə əmin olun.

3. Stress: İmmunitet sisteminin səssiz qatili

Stress immunitet sisteminə mənfi təsir göstərən ən mühüm amillərdən biridir. Xroniki stress immunitet hüceyrələrinin funksiyasını pozur, xəstəlik riskinizi artırır. Stresslə mübarizə bacarıqlarınızı təkmilləşdirməklə həm zehni, həm də fiziki sağlamlığınızı qoruya bilərsiniz.

Stress idarəetmə texnikalarını öyrənin: Meditasiya, yoqa, nəfəs məşqləri və təbiət gəzintiləri kimi fəaliyyətlərlə stressi azaldın.
Hobbi ilə məşğul olun: Zövq aldığınız bir fəaliyyətlə məşğul olaraq fikrinizi rahatlaşdırın və stress səviyyənizi nəzarətdə saxlayın.
Peşəkar dəstək alın: Stresslə mübarizə aparmaqda çətinlik çəkirsinizsə, bir mütəxəssisdən kömək istəməkdən çəkinməyin.
Sağlam yaşamaq sizin qərarınızdır!
Tez-tez xəstələnməmək və daha sağlam bir həyat sürmək üçün yuxu rejiminizə, qidalanmanıza və stress idarəçiliyinə diqqət yetirməyə başlayın. Sağlam həyat sizin əlinizdədir. İndi hərəkətə keçin və öz sağlamlığınız üçün ilk addımı atın!

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
1
32
e-saglam.az

10Mənbələr