AZ

FTB ABŞ təyyarəsinin qəzaya uğramasının səbəbinin cinayət və ya terror olmadığını bildirib

Bakı, 30 yanvar, AZƏRTAC

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Vaşinqtonda təyyarə qəzasının səbəbinin cinayət və ya terror ola biləcəyinə dair heç bir əlamət görmür.

AZƏRTAC xəbər verir ki, bu barədə “NBC News” yüksəkvəzifəli departament rəsmisinə istinadla məlumat yayıb.

Bildirilib ki, Vaşinqtonda Reyqan hava limanında baş verən aviasiya insidenti ilə bağlı araşdırma aparılır.

“Associated Press” qeyd edib ki, qəza Ağ evdən 5 kilometrdən az məsafədə dünyanın ən ciddi nəzarət edilən hava məkanlarından birində baş verib.

Seçilən
0
47
azertag.az

10Mənbələr