Dövlət Gömrük Komitəsinin 3 aydır əmək haqqını ala bilməyən əməkdaşlarının maaşları artıq ödənilib.
Sitat.info xəbər verir ki, bu barədə Modern.az-a Komitədən məlumat verilib.
Xatırladaq ki, bundan öncə mediada DGK əməkdaşlarından bəzilərinin 3 aydır maaş almadığına dair məlumat yayılmışdı. Komitə sədri Şahin Bağırov da mediaya açıqlamasında məlumatı təsdiqləyərək, bəzi texniki məsələlərin olduğunu, yalnız onların həllindən sonra maaş veriləcəyini bildirmişdi.