Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşları 3 aydır maaşlarını ala bilmədiklərini açıqlayıblar.
Məsələ ilə bağlı Komitəsinin sədri Şahin Bağırov da açıqlama verib. “Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, – Şahin Bağırov deyib.
Viral.az maaşlarının verilib-verilməməsini aydınlaşdırmaq üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb.
Son Yazılar:
- Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ
- Azərbaycanın iki universiteti ilk dəfə TOP 500-də
- Polkovnik və eks-bölmə müdiri həbsdən BURAXILDI
Qurumun mətbuat katibi sorğumuza cavab olaraq maaşların verildiyini bildirib.
“Artıq həmin işçilərin hər birinin maaşları verilib”,- açıqlamda deyilir.