Ötən gecə Ukraynanın Sumı vilayətinə aviazərbələr nəticəsində yaralıların sayı biri azyaşlı olmaqla, 9 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə məlumatı UNIAN yayıb.
Bildirilib ki, səhər saatlarında iki nəfərin meyiti çıxarılıb. Ümumilikdə isə 118 nəfər təxliyə olunub.
Axtarışlara kinoloji briqadalar cəlb olunub, eyni zamanda xilasedicilər ərazidə psixoloqların da cəlb olunduğu müvəqqəti qərargah təşkil edib.
Qeyd edək ki, Rusiya hərbi aviasiyasının zərbələri nəticəsində 10 mərtəbəli yaşayış binasında 9 mənzil, eləcə də 12 mənzilin eyvanı yararsız hala düşüb.