AZ

Rusiya Ukraynanın Sumı vilayətində yaşayış binasına zərbələr endirib, ölən və yaralananlar var

Rusiya

Rusiyanın ötən gecə Ukraynanın Sumı vilayətinə aviazərbələri nəticəsində yaralıların sayı biri azyaşlı olmaqla, 9 nəfərə çatıb.

Bu barədə məlumatı UNIAN yayıb.

Bildirilib ki, səhər saatlarında dağıntılar altından iki nəfərin meyiti çıxarılıb. Ümumilikdə isə 118 nəfər təxliyə olunub.

Axtarışlara kinoloji briqadalar cəlb olunub, eyni zamanda xilasedicilər ərazidə psixoloqların da çalışdığı müvəqqəti qərargah təşkil edib.

Qeyd edək ki, Rusiya hərbi aviasiyasının zərbələri nəticəsində 10 mərtəbəli yaşayış binasında 9 mənzil, eləcə də 12 mənzilin eyvanı yararsız hala düşüb.

Seçilən
3
46
xalqcebhesi.az

10Mənbələr