Olaf Şoltsun Almaniyadakı vəzifəsi "kütləvi anlaşılmazlıq" kimi görünsə də, o, "ideal kansler"dir...
Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel jurnalı yazıb.
"Yəqin ki, heç vaxt Olaf Şolts qədər hazırlıqlı və bacarıqlı bir siyasətçi olmayıb. Əslində o, ideal kansler idi. Təkcə ona görə yox ki, çox ağıllı və son dərəcə çalışqandır. Federativ Respublikada demək olar ki, heç kim idarəetmə sənətini onun kimi mənimsəməyib", deyə nəşr qeyd edib.
Eyni zamanda qeyd edilir ki, onun hakimiyyəti illəri bir böyük anlaşılmazlıq kimi görünə bilər, çünki bu dövrdə Ukraynada münaqişə, Almaniyanın hakim koalisiyasının dağılması və büdcə böhranı yaşanıb.
Müəlliflər həmçinin hesab edirlər ki, Şolrs bu gün "emosional siyasət"ə təkan verildiyi bir vaxtda rasional "texnokratik siyasət"i təmsil edir.
Yanvarın 11-də Olaf Şolts Almaniya Sosial Demokrat Partiyası (SPD) tərəfindən Almaniya Federativ Respublikasının kanslerliyinə namizəd kimi rəsmən təsdiq edilib. Sorğulara görə, almanların əksəriyyəti Şoltsun güclü liderə xas keyfiyyətlərə malik olmadığı qənaətindədir. Bundan əlavə, respondentlərin 74%-i hesab edir ki, o, gələn il keçiriləcək seçkilərdə yenidən kansler postuna namizədliyini irəli sürməməlidir.
Poliqon.info