AZ

Almaniya Maliyyə Nazirliyi Ukraynaya təcili yardım çağırışlarını rədd edib

Almaniya Maliyyə Nazirliyi Bundestaqın Büdcə Komitəsinin Ukraynaya təcili hərbi yardım göstərmək çağırışını rədd edib.

 

Oxu24.com  xəbər verir  ki,bu barədə NTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

 

“Bundestaqın Büdcə Komitəsinin müvafiq müraciətinə baxmayaraq, Almaniyanın Ukraynaya hər hansı təcili əlavə yardım göstərəcəyinə dair heç bir əlamət yoxdur”, – telekanal yazır.

 

Mənbələrin bildirdiyinə görə, hazırda Kiyevə yardımın göstərilməsi məsələsinə əlavə baxılması üçün vəsaitin ayrılmasına cavabdeh olan nazirliklərdən heç bir müraciət daxil olmayıb.

 

Yanvarın 17-də Almaniyanın xarici işlər naziri Baerbok ölkə hakimiyyətini Ukraynaya kömək etməkdə qətiyyətsizliklərinə görə tənqid edib. Onun sözlərinə görə, alman siyasətçiləri seçki kampaniyası zamanı “Avropada sülhün və azadlığın təmin edilməsi üçün real məsuliyyəti” öz üzərlərinə götürmək əvəzinə, milli perspektivlərə üstünlük verirlər.

 

Afət

 

Seçilən
2
17
oxu24.com

10Mənbələr