Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı diplomatik fəaliyyətinin başa çatması ilə paylaşım edib.
Bu barədə diplomat özünün “X” səhifəsində yazıb.
O eyni zamanda ölkəmizdə olduğu müddətdə müxtəlif tədbirlərdə çəkilən fotoşəkillərini də paylaşıb.
Türkiyənin ölkəmizdəki Səfirliyindən APA-ya bildirilib ki, C. Bağçı bu gün ölkəsinə qayıdacaq.