AZ

Missiyası başa çatmış Türkiyə səfiri Cahit Bağçı bu gün Azərbaycanı tərk edir

Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı diplomatik fəaliyyətinin başa çatması ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, bu barədə diplomat özünün “X” səhifəsində yazıb.

O eyni zamanda ölkəmizdə olduğu müddətdə müxtəlif tədbirlərdə çəkilən fotoşəkillərini də paylaşıb.

Türkiyənin ölkəmizdəki Səfirliyindən APA-ya bildirilib ki, C. Bağçı bu gün ölkəsinə qayıdacaq.
Seçilən
5
50
sherg.az

10Mənbələr