AZ

Dərmanların kəndlərdə yaşayan xəstələrə mobil aptek vasitəsilə çatdırılması təklif olunur

Kəndlərdə yaşayan xəstə insanlar üçün dərman təminatını əlçatan etmək üçün mobil aptek sisteminin yaradılmasına ehtiyac var. Bunu  İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Səhiyyə departamentinin səhiyyə siyasəti və klinikikodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova deyib. 
 
"Bögələrdə əhaliyə verilən pulsuz dərmanlar yalnız rayon mərkəzində verilir. Bu da kəndlərdə yaşayan əhali üçün problem yaradır. Nəzərə almaq lazımdır ki, həmin şəxslər həm də sağlam deyillər. Bunun üçün mobil aptek sisteminin yaradılması yaxşı nəticə verə bilər. Bunun üçün müəyyən günlər təyin edilə bilər. Aptekdə çalışan əczaçı həmin dərmanları ünvanlara çatdıra bilər. Bu heç olmasa həmin insanlara dərmanların rahat çatdırılmasını təmin edə bilər", - qurum rəsmisi Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə bildirib. 
 
Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu təklifə cavab olaraq bildirib ki, hazırda dərmanların çatdırılması qeyri mümkdür. Çünki bu dərmanların bəzilərinin saxlanma şəraiti üçün kəndlərdə şərait yoxdur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
1
16
anews.az

10Mənbələr