AZ

Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb...

Poliqon Trend-ə istinadən xəbər verir ki,bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkinin ilkin nəticələri ilə bağlı təşkil edilən brifinqdə bildirib.

Məlumata görə, bu anadək 1 580 532 bülleten sayılıb. Formalaşmış bələdiyyələrin sayı 413-ə bərabərdir. 4 872 məntəqə hesabat verib. 7 791 lider namizəd qeydə alınıb.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.

Qeyd edək ki, bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Poliqon.info 

Seçilən
1
50
poliqon.info

10Mənbələr