İsrail Qəzza zolağında atəşkəs maddələrinə əməl etsə də, İordan çayının qərb sahilində fələstinliləri hədəfə almaqda davam edir. İsrail qüvvələri İordan çayının qərb sahilindəki Tubas şəhərinə hava zərbələri endirib.
Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “haberglobal.com.tr” saytı məlumat paylaşıb.
Fələstin Səhiyyə Nazirliyi, Tamun qəsəbəsinə həyata keçirilən hücumda 10 fələstinlinin həlak olduğunu bildirib. Həyatını itirən və yaralananların Tubas Türk Xəstəxanasına çatdırıldığı qeyd edilib.
İsrail Müdafiə Qüvvələri və yerli kəşfiyyat agentliyi Şin Bet, "Şin Bet kəşfiyyatının rəhbərliyi altında İordan çayının şimalında apardığımız əməliyyat çərçivəsində hava qüvvələri təyyarəsi silahlı bir hücrəni hədəf alan hücum həyata keçirdi" deyə bildirib.