Həftə sonları əlavə yuxu almaq vaxtından əvvəl qocalma, demens riskini və infarkt ehtimalını azaldır.
İnterpress.az xəbər verir ki, bununla bağlı alimlər araşdırma aparıblar. Araşdırmaya görə, əgər insanın iş həftəsi ərzində kifayət qədər yatmağa vaxtı yoxdursa, onun şənbə və ya bazar günü bir az çox yatması daha yaxşıdır.
Həftə sonları əlavə yuxu almaq vaxtından əvvəl qocalma riskini 34%, demens riskini 74% azaldır və infarkt ehtimalını azaldır.
Bununla belə, çox yatmaq da zərərlidir.
Xuraman Etibarlı
İnterpress.az