Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 47,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Bundan əvvəlki – 28 yanvarda keçirilən hərracda bankların dollar tələbi 59,9 milyon dollar olmuşdu.