AZ

Banklar hərracda nə qədər dollar alıb? -Rəsmi

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında  47,4 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
 
Bu məbləğ əvvəlki hərrac zamanı 59,9 milyon ABŞ dolları olub.
 
"Cümə axşamı valyuta hərracı 47,4 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.

12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.
 
Aytac

www.anews.az
Seçilən
0
1
anews.az

10Mənbələr