Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdəki paylaşımında bildirilib.
"Vaşinqtonda baş vermiş dəhşətli qəza - təyyarə və helikopterin toqquşması xəbərindən dərindən kədərləndik. Avropa bu ağır vaxtda həlak olanların ailələrini və bütövlükdə Amerika xalqını dəstəkləyir. Qəlbimiz və düşüncələrimiz sizinlədir", - o qeyd edib.