AZ

Rəsmi Bakıdan ABŞ-yə başsağlığı


Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş verən təyyarə qəzası ilə bağlı ABŞ-yə başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı nazirliyin “X” hesabında paylaşım edilib.
“Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin havada toqquşması bizi dərindən kədərləndirdi. Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və sağ qalanların can sağlığı üçün dua edirik”, - paylaşımda deyilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Vaşinqtonda Reyqan Beynəlxalq Hava Limanında göyərtəsində 64 nəfər olan sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Seçilən
1
4
yeniavaz.com

10Mənbələr