Dortmund “Borussiya”sının yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Niko Kovaça tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Kovaç daha əvvəl “Volfsburq”, “Bavariya”, “Monako” və Xorvatiya millisində çalışıb.