Almaniya Bundesliqa təmsilçisi "Borussiya Dortmund" yeni baş məşqçisini açıqladı
"Borussiya Dortmund"a "Bavariya"nın sabiq baş məşqçisi Niko Kovaç rəhbərlik edəcək.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssislə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Kovaç iyun ayından komandaya rəhbərlik edən Nuri Şahini baş məşqçi postunda əvəzləyib.
Kovaçın son iş yeri "Volfsburq" olub. Bundan əvvəl xorvatiyalı həm də “Monako”, “Bavariya”, “Ayntraxt Frankfurt” və Xorvatiya millisini çalışdırıb.
19 turdan sonra "Borussiya" 26 xalla Bundesliqanın turnir cədvəlində 11-ci yerdədir. Komanda həmçinin Çempionlar Liqasının ümumi mərhələsinin cədvəlində onuncu yeri tutub və turnirin pley-off mərhələsində çıxış edəcək.