AZ

“Qarabağ” və “Neftçi” cərimələndi

AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasında XX turunda baş verən neqativ hallar öz hüquqi qiymətini tapıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

“Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərərin “Neftçi” tərəfindən ödənilməsinə qərar verilib.

“Qarabağ” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə 2000 manat cərimə edilib.\\“Unikal” 

 

Seçilən
12
3
nocomment.az

5Mənbələr