AZ

AFFA-dan “Qarabağ” və “Neftçi”yə cərimə

AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasında XX turunda baş verən neqativ hallar öz hüquqi qiymətini tapıb.

 Oxu24.com xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

“Araz-Naxçıvan” - “Neftçi” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərərin “Neftçi” tərəfindən ödənilməsinə qərar verilib.

“Qarabağ” - “Turan Tovuz” oyunu bitdikdən sonra “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə 2000 manat cərimə edilib.

 

Seçilən
13
1
oxu24.com

5Mənbələr