AZ

Onunla 2 İtaliya klubu maraqlanır

"Mançester Yunayted"in mərkəz hücumçusu Rasmus Höylund karyerasını İtaliya çempionatında davam etdirə bilər.

 90deqiqe.Az "TalkSPORT"a istinadən xəbər verir ki, “Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorimin gələcək planlarında yer almayan 21 yaşlı futbolçunun xidmətində “Napoli” və “Yuventus” maraqlıdır.

Sözügedən klubların artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Xatırladaq ki, 2023-cü ildə “qırmızı şeytanlar” danimarkalıları “Atalanta”dan 74 milyon avroya almışdı. Bu mövsüm o, bütün turnirlərdə 28 oyuna çıxıb, 7 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Höylund 60 milyon avro dəyərində qiymətləndirilir.

Seçilən
0
24
90deqiqe.az

10Mənbələr