AZ

Sampaoli "Renn"dən qovulacaq

Fransanın "Renn" klubunun rəhbərliyi komandanın baş məşqçisi Xorxe Sampaolinin işindən narazıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Lequipe"yə istinadən xəbər verir ki, argentinalı mütəxəssis tezliklə məşqçi postunu tərk edəcək.

Sampaolinin istefası ilə bağlı qərar artıq verilib.

Bu yaxınlarda rəsmi olaraq elan olunacaq.

Argentinalı noyabrın 12-dən “Renn”in baş məşqçisidir.

Fransa çempionatının 19 turundan sonra komanda 17 xal toplayıb.

Sampaolinin komandası liqa cədvəlində cəmi 16-cı yerdədir.

Seçilən
0
7
operativmm.az

10Mənbələr