İtaliya-Azərbaycan Universitetinin binası bu TARİXDƏ AÇILACAQ
İtaliya-Azərbaycan Universitetinin binası 2025-ci ilin sentyabrına qədər açılacaq
aia.az xəbər verir ki, bunu İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yeni ixtisasların açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib.
"Yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil alacaq. Bugünkü tədbir, həmçinin abituriyentləri bu təhsil müəssisəsinin potensialı ilə tanış etmək məqsədi daşıyır", - o qeyd edib.