AZ

İtaliya-Azərbaycan Universitetinin binası bu tarixdə açılacaq

“2025-ci ilin sentyabr ayına kimi İtaliya-Azərbaycan Universitetinin binasının açılışı gözlənilir”.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün ADA Universitetində İtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni, kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılış mərasimində etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil almağa başlayacaq.

Xatırladaq ki, 2 aprel 2022-ci il tarixində ADA universitetinin kampusunda (Bakıda) İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Onun strukturunda iki institut fəaliyyət göstərəcək: Kənd Təsərrüfatı və Qida elmləri İnstitutu, həmçinin Dizayn və Memarlıq İnstitutu. Eyni zamanda ərazidə tələbə yataqxanaları da tikiləcək.

Seçilən
3
6
modern.az

10Mənbələr