Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O bildirib ki, təəssüf ki, bir sıra təlim məktəbləri, kursları formal xarakter daşıyırlar:
“Onlar vətəndaşlara sürücülük qabiliyyətini mükəmməl şəkildə aşılaya bilmirlər. Belə olmasaydı, biz Bakı şəhərində yüksək sürücülük mədəniyyətinə şahid olardıq. Ancaq əksini görürük. Tez-tez avtomobili idarə edə bilməyən, “parking” əməliyyatını həyata keçirməyi bacarmayan sürücülərlə rastlaşırıq. Avtomobili doğru idarə etməyi bacaran sürücülər 70% təşkil edir. Digərləri demək olar ki, yol hərəkəti qaydalarından xəbərsizdirlər”.
Ekspert qeyd edib ki, 10 dərs ərzində sürücülük öyrədəcəyini iddia edən kurslara da rast gəlirik:
“Fikrimcə, bu, mümkün deyil. 10 dərs ərzində şəxs nə yol hərəkəti qaydalarını, nə də avtomobil idarə etməyi öyrədə bilər. Yollarda qəzaların sayını azaltmaq istəyiriksə, sürücülük məktəbləri və kursları nəzarətə götürülməlidir”
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
poliqon.infoAİ: "Black Sea Energy" layihəsini böyük maraqla izləyirik ( 15146245)
-
report.azAİ: "Black Sea Energy" layihəsini böyük maraqla izləyirik ( 15146221)
-
demokrat.azEkspert: “Sürücülük məktəbləri və kursları nəzarətə götürülməlidir” ( 15143993)
-
poliqon.infoAİ Ukrayna sazişinin bir hissəsi kimi Rusiya qazının tranzitinin bərpasını müzakirə edir ( 15134687)
-
xalqqazeti.azABŞ və Aİ Rusiyaya təzyiqi artırır ( 15130127)
-
redaktor.azTıxaclardan qurtulacağıq? - Ekspert: "Bakıda hərəkət daha rəvan, daha sərbəst olacaq" ( 15100079)
-
modern.azRəşad Nəbiyev Prezidentə məruzə TƏQDİM ETDİ ( 15099397)
-
tezadlar.azTANINMIŞ POLİS POLKOVNİKİNİN AĞDAMLI AD GÜNÜ- TƏBRİK! ( 15084113)
-
ikisahil.azHər kəs öz evinin damında günəş panelləri quraşdırıb istifadə edə bilər - Sadiq Qurbanov ( 15064967)
-
ikisahil.azHər kəs öz evinin damında və ya həyətyanı sahəsində günəş panelləri quraşdırıb istifadə edə bilər - Sadiq Qurbanov ( 15064833)