Belarus və İran birgə səylərlə qarşılıqlı əməkdaşlığın artırılması istiqamətində məqsədyönlü işi davam etdirəcəklər.
“Report” Belarus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Belarus Baş naziri Roman Qolovçenko ilə İranın birinci vitse-prezidenti Məhəmmədrza Arefin arasında keçirilən görüşdə bildirilib.