Ermənistan Azərbaycanla sülh gündəliyini həyata keçirməyə çalışır.
Ermənistan mətbuatına istinadən xəbər verilir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə brifinqdə bildirib.
Ermənistan hökumətinin başçısının sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək.
O, həmçinin bu gün keçirilən danışıqlarda İ.Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesində əldə olunan irəliləyiş və razılaşmalar barədə məlumat verdiyini bildirib.
N.Paşinyan qeyd edib ki, gürcü həmkarı ilə görüşdə Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası məsələləri də müzakirə olunub. Tərəflər bu istiqamətdə səyləri artırmaqla bağlı razılığa gəliblər.
İ.Kobaxidze öz növbəsində bildirib ki, Gürcüstan Azərbaycan-Ermənistan nizamlanmasında vasitəçilik səylərinə hazırdır.
Mənbə: musavat.com