Ermənistan hökuməti Azərbaycanla sülh gündəliyinin həyata keçirilməsinə çalışır.Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək. Paşinyan, həmçinin bugünkü danışıqlarda Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişi, əldə olunmuş razılaşmalar barədə Kobaxidzeyə məlumat verib.
Tərəflər həmin istiqamətdə səyləri gücləndirmək barədə razılığa gəliblər.
Zərintac MayisqızıMissiya.Az