AZ

“Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” ilə bağlı qaydalar dəyişdi

Ajans.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra vergi ödəyicisinin işçi heyətinin və özünəməxsus yüklərin daşınmasında istifadə edilən yeni avtomobil nəqliyyatı vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri 5 gün ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş formada məlumat verəcəklər.

Bundan başqa, vergi ödəyiçisi AYNA növbəti ayın 10-dək əvvəlki ay ərzində verilmiş nişanlar barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verməlidir.

AYNA “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxsləri müəyyən etdikdə, həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəsmi məlumat verməlidir.

Seçilən
30
13
Ajans.az

10Mənbələr