Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair qaydalara dəyişiklik edib.Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda və 5 fevral 2009-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişiklik edib.Yeniliklərə əsasən, vergi ödəyicisinin işçi heyətinin və öz təsərrüfat ehtiyacları üçün istifadə etdiyi yeni avtomobil nəqliyyatı vasitələri qeydiyyata alındıqdan sonra, mülkiyyətində nəqliyyat vasitələri olan vergi ödəyiciləri bu barədə 5 gün ərzində İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş formada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat verməlidirlər.Bundan əlavə, vergi ödəyiciləri hər ayın 10-dək əvvəlki ay ərzində verilmiş “Fərqlənmə nişanları” barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat təqdim etməlidirlər.AYNA isə “Fərqlənmə nişanı” olmadan sərnişin və yük daşımaları həyata keçirən şəxsləri aşkar etdikdə, onların qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün bu barədə Dövlət Vergi Xidmətinə rəsmi məlumat verməlidir.