AZ

Tərlan Əhmədov: Tofiq Bəhramovun 1966-cı ildə verdiyi qərar dünyada indiyədək müzakirə olunur

Bakı, 30 yanvar, AZƏRTAC

"Tofiq Bəhramovun 1966-cı ildə verdiyi qərar dünyada indiyədək müzakirə olunur".

AZƏRTAC xəbər verir ki, bu sözləri veteran futbolçu Tərlan Əhmədov Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə təşkil edilən yubiley matçından öncə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Tofiq Bəhramovun 1966-cı il dünya çempionatında Almaniya və İngiltərə arasında keçirilmiş final matçında verdiyi qərar böyük cəsarət tələb edir: "Həm bu qərarı, həm də hakimlik karyerası Azərbaycan idmanında böyük iz buraxıb. Ötən gün AFFA və Veteran Futbolçular İttifaqının təşkilatçılığı ilə mərasim təşkil edildi. Bu gün də veteran futbolçular və jurnalistlər arasında keçirilən yubiley matçı Tofiq Bəhramova olan hörmətdən irəli gəlir".

Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub. 1966-cı ildə keçirilmiş dünya çempionatında Almaniya və İngiltərə milli komandaları arasında final oyununda Cefri Hertsin qolunu qeydə alan mərhum referi bu qərarı ilə daha da məşhurlaşıb. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən hakim oyundan sonra Kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi “Qızıl fit” mükafatına layiq görülüb.

T.Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

 

Seçilən
3
5
azertag.az

10Mənbələr