Bakı. Trend:
Qızılın qiyməti 30 yanvar, cümə axşamı günü tarixi maksimumayüksələrək ilk dəfə bir troy unsiyası üçün 2850 dolları keçib.
Trend-inməlumatına görə, bu barədə “Gazeta.ru” xəbər verib.
Ticarət məlumatlarına əsasən, Comex birjasında aprel fyuçersləri1,89% (56,96 dollar) bahalaşaraq 2850,46 dollar səviyyəsinəçatıb.
Bundan əvvəl Bloomberg, UBS-in proqnozuna istinadən, 2025-ciilin sonuna qədər qızılın qiymətinin 2900 dollaradək yüksələbiləcəyini yazmışdı.