AZ

Qızılın qiyməti tarixi maksimuma çatdı

Qızılın qiyməti tarixi maksimuma çataraq ilk dəfə olaraq 1 troy unsiyası üçün 2850 dolları ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 19:53-də “Comex” birjasında aprel qızıl fyuçersləri 1,89% (56,96 dollar) bahalaşaraq bir unsiya üçün 2 850,46 dollar təşkil edib.

Qeyd edək ki, bundan əvvəl “Bloomberg” 2025-ci ilin sonuna qədər birjada qızılın bir unsiya üçün 2900 dollara qədər bahalaşacağını yazmışdı.

Seçilən
24
6
qafqazinfo.az

10Mənbələr